fbpx

Diş ağartma

diş ağardılması

Sağlam və ağ dişlər insanlar arasında estetik baxımdan vacib bir elementdir.

Dişlərin ağardılması üçün diş ağartma prosedurları son illərdə diş həkimləri
tərəfindən tez-tez istifadə olunur.

Diş ağartma

Dişlərin səthində məsaməli quruluşunda yaranan rəngli, üzvi və qeyri-üzvi maddələrin çıxarılması prosesidir.
Nəyə görə diş ağardılması insanlar üçün əhəmiyyətlidir?
Dişlərin görünüşü, öz xarici görünüşünə əhəmiyyət verən insanlar üçün vacibdir.
Dişlərin forması və rəngsizləşməsi hətta psixoloji pozğunluqlara səbəb ola bilər.
Bitki mənşəli üsullardan istifadə edərək ev şəraitində tətbiq oluna bilən təbii diş
ağardıcı üsullarla yanaşı, stomatologiyada estetik və bərpaedici materialların
inkişafı sayəsində bir çox rəng, forma və s.qüsurları asanlıqla həll edilə bilər. Evdə
hazırlanan karbonatla, diş pastaları kimi üsullarla yanaşı habelə diş həkimlərinin
tətbiq etdiyi bir çox proseslər var.

Dişlərin rəngi nəyə görə dəyişir?
Uşaqlıq vaxtında dişlərin quruluşunda baş verən dəyişikliklər, ana bətnində olarkən
antibiotiklərin istifadəsi və qida rasionundan (çay, qəhvə, siqaret), həmçinin içilən
suyun tərkibindəki flüorun miqdarı da diş rənginə təsir edir.
Diş və diş əti ilə bağlı problemləri olmayan hər bir insan diş ağartma üsullarından
istifadə edə bilər. Amma hər bir insan Teeth Whitening prosesindən əvvəl həkim
müayinəsindən keçməlidir.

Ağzında uzun müddət dişdə çürüklər və diş əti xəstəliyi olan şəxslər müvafiq müalicələri apardıqdan sonra dişlərin ağardılması prosesini həyata keçirə bilərlər.

dis agartma zoom
Diş ağardılması hər bir insanda eyni cür nəticə vermir.Diş rənginin nə qədər ağarması dişin quruluş strukturundan asılıdır. Bütün diş ağartma üsulları az ya daçox qıcıqa səbəb ola bilər. İsti-soyuq içkilərə, havaya qarşı formalaşan həssaslıq
hər bir insana narahatlıq verə bilər. Bu normal qarşılanan bir əlavə təsirdir. 24-48
saat içində keçməzsə diş ağartma prosesi dayandırılmalıdır. Həssaslıq olduğu
zaman diş həkimizə müraciət edin və o, sizə müvafiq kremlər, diş məcunları
məsləhət görəcəkdir.
Diş ağartma prosesi edildikdən sonra, insandan-insana dəyişərək 6 aydan- 2 ilə
qədər sabit qala bilər. Təbii ki, bu insanların özlərindən də asılıdır.

Bu prosesdən sonra ən azı 2 həftə dişləri rəngləyəcək maddələrdən uzaq durmaq
lazımdır.
Əgər sizin də diş rənginizlə bağlı problemləriniz varsa diş həkiminə müraciət edib,
müvafiq müayinələrin nəticəsinə əsasən diş ağartma proseslərini edə bilərsiz.

Did you like this? Share it!

0 comments on “Diş ağartma

Leave Comment