fbpx

Diş qapaqları nədir?

implantasiya koronka

Qapaqlar diş tacını örtən, çıxmayan protez konstruksiyalarıdır.
Qapaqlar təyinatına görə bərpaedici və sabitləyici olmaqla iki qrupa ayrılır.


Dişin tac hissəsindəki qüsurları hər hansı bir səbəbdən plomblamaqla bərpa
etmək mümkün olmadıqda, həmçinin dişlərin anormal formasını aradan
qaldırmaq məqsədilə hazırlanan konstruksiyalar bərpaedici qapaqlara aiddir.
Qapaqlar daimi və müvəqqəti olur.

Müvəqqəti qapaqdan xüsusi məqsədlə məsələn, dişlər yonulduqdan sonra daimi
qapaqlar hazırlanana qədər, or- todontik müalicə müddətində və s. istifadə
olunur. Daimi qapaqlardan diş tacı, diş sırası və çənə qüsurları zamanı çıxan və
çıxmayan protez konstruksiyaları hazırlananda istifadə olunur.
Hazırlandığı materiala görə qapaqlar aşağıdakı növlərə ayrılır: metal (qızıl
xəlitəsi, paslanmayan poladdan hazırlanmış qapaqlar), qeyri-metal (plastik
kütlədən hazırlanmış metal-keramik qapaqlar)
Qapaqların hazırlanmasına göstərişlər aşağıdakılardır:
– diş tacının kariyes və ya qeyri-kariyes mənşəli qüsurunun plombla
və ya taxma ilə bərpası mümkün olmadıqda;
– estetik qüsurlarda: dişin forma anomaliyalarında, bəzi patologiyalar
zamanı (flüoroz) minanın rəngi dəyişilmiş olduqda;

– körpüyəbənzər protez hazırladıqda;
– ortodontik müalicə məqsədilə müxtəlif aparatların fiksasiyası üçün.
Qapaq düzəldiləcək dişdə kariyes və onun ağırlaşmaları tam müalicə
olunmalıdır. Kariyesin ağırlaşmaları olan, endodontik müalicəsi
aparılmayan dişlərə və parodont xəstəlikləri zamanı III dərəcəli laxlayan
dişlərə qapaq hazırlamaq olmaz.
Dişə qapaq hazırlamaq üçün onun bütün səthlərindən yonmaq lazım gəlir.
Dişin bu və ya digər səthlərinin hansı qalınlıqda yonulması və sonda dişə
hansı formanın verilməsi hazırlanacaq qapağın növündən asılı olaraq
fərqlənir. Hazırlanmış qapaqlar bəzi tələbatlara cavab verməlidir. O, dişin
anatomik quruluşuna uyğun hazırlanmalıdır. Çeynəmə dişləri üçün qapaq
hazırlayarkən xəstənin yaşı nəzərə alınmalıdır. Qapağı dişin üzərinə
qoyub artıq güc tətbiq etmədən dişə geydirirlər. Əgər qapağın kənarları
uzundursa, o, xəstədə narahatlıq yaradır. Qapaq tam hazır olduqdan sonra
dişin üzərində semetləməyə hazırlanır. Qapağın dişdə tam düzgün
oturmasına əmin olduqdan sonra xəstə ağzını qapayır. Sement bərkidikdən
sonra zond ilə onun artığı kənarlaşdırılır və xəstəyə təxminən 2 saat
ərzində, sementin bərkiməsi sona çatana qədər, qidalanmamaq və ağzı
yaxalamamaq məsləhət görülür.

Did you like this? Share it!

0 comments on “Diş qapaqları nədir?

Leave Comment