fbpx

Hamiləlik zamanı diş xəstəlikləri

hamile

Bir çox qadın hamiləlik dövründə diş ətindəki dəyişiklikləri hiss edir. Ümumi
simptomlara azca böyümüş, daha qırmızı görünən və fırçalama zamanı qanaxma
olan diş ətləri daxildir.Bəzi hamilə qadınlarda diş ətləri şişir və qanaxma ola bilər.
Bütün bu dəyişikliklərə hamiləlik gingiviti deyilir və hamiləliyin ikinci ayından
baş verməyə başlayır. Problem hamiləliyin səkkizinci ayında sona çatır və
ümumiyyətlə körpə doğulduqdan sonra bitir. Bu diş əti problemi hamiləlikdə tez-
tez rast gəlinir, çünki hormonların xüsusən də estrogen və progesteronun
səviyyəsinin artması ilə əlaqədardır. Hamiləlik dövründə yaranan diş əti ilə bağlı
problemlərin qarşısını almaq üçün analar ağız və diş gigiyenasına diqqət
yetirməlidirlər.

Hamiləlik dövründə nəyə görə dişlər daha tez çürüyür?
Hamiləlik dövründə ananın şirniyyat, orqanizmə zərərli qidalar yemək istəyi və
yemək yedikdən sonra dişlərin fırçalanmasına laqeyd yanaşılması əsas
səbəblərdəndir.

  • İlkin qusmadan sonra ağız baxımına kifayət qədər diqqət yetirilməməsi,
  • Hamiləlik hormonları və hamiləlik gingivitinin əlaməti olan qanaxmanın
    daha tez-tez olması ananın dişlərini fırçalamaqdan yayınmasına səbəb olur.

Mümkün qədər bu cür vəziyyətlərdən qaçınmaq, ağız və diş sağlamlığına diqqət
yetirmək kariyesin tez və sürətli inkişafını azaltmağa kömək edir.
Araşdırmalara görə hamilə qadınlarda diş və diş əti xəstəlikləri hamiləliyin riskli
davam etməsinə səbəb ola bilər. Buna görə də, hamilə qadınlar ağız gigiyenasına
və sağlamlığına diqqət yetirməlidirlər.
Hamiləlik müddətində qarşınıza çıxacaq ağız və diş sağlamlığı problemləri həm
ana, həm də körpənin sağlamlığı ilə sıx bağlıdır. Buna görə hamiləlik dövründə diş
həkimi nəzarəti daha vacib olur. Ananın xüsusi bir vəziyyəti və ya xəstəliyi
yoxdursa, hamiləlik dövründə diş müalicəsi və diş çıxarılması kimi prosedurların
yerinə yetirilməsində heç bir zərər yoxdur.

Hamiləlik dövründə hormonal dəyişikliklər, xüsusən diş əti xəstəliyi, diş çürüməsi və bir çox digər ağız sağlamlığı
problemlərinin baş verməsinə zərurət yaradır. Sağlam bir övlad dünyaya gətirməyi düşünürsüzsə, mütləq əvvəlcədən diş həkimə müraciət edin. Çünki, dünyaya gələn uşağın sağlamlığı ananın ağız sağlamlığı və gigiyenası ilə sıx əlaqədardır.
Hamiləlik vaxtı A,C, və D vitaminləri ilə zəngin , fosfor və kalsium tərkibli qidalar, meyvələr, tərəvəzlər mütləq yeyilməlidir. Həmçinin karbohidratdan mümkün olduqca uzaq durmaq məsləhətlidir. Sağlam dişlər və diş ətləri üçün tövsiyələr:

  1. Çox xırda diş problemləri olduqda belə həkiminizə müraciət etməkdən
    yayınmayın.
  2. Bulantı varsa da, hər yeməkdən sonra ağzınızı yaxalayın və dişlərinizi ən azı
    iki dəfə fırçalayın.
  3. Bulantı və qusmadan dərhal sonra deyil, təxminən yarım saatdan sonra
    dişlərinizi fırçalayın.
  4. Mümkün qədər şəkərli qidalardan uzaq durun. Yeyirsinizsə, dərhal sonra
    ağzınızı yuyun.
  5. Fosfor və kalsiumla zəngin qidalar, həmçinin süd məhsulları, ət, balıq və
    yumurta yeyin.

Did you like this? Share it!

0 comments on “Hamiləlik zamanı diş xəstəlikləri

Leave Comment