fbpx

Implant nədir?

implantasiya

İndiki dövrdə bir çox insanların stomatologiya sahəsində diqqət mərkəzində olan
suallardan biri də implant nədir, nə formada olur, əlavə təsirləri varmı kimi
suallardır.

İmplant dişlərin funksiyasını və estetikasını bərpa etmək məqsədi ilə
çənə sümüyünə yerləşdirilən süni diş köküdür.
İndiki dövrdə diş (dental) implantları müzakirəsiz olaraq, təbii dişlərə ən yaxşı
alternativdirlər. Ənənəvi körpü və protezlərə görə daha yaxşı tələffüz etmə və
çeynəmə funksiyasını təmin etməklə bərabər, onlar həm də sifətinizə təbii və
hormonik bir görünüş də verə bilərlər.

Bu gün – 21-ci əsrdə dünyada implantatlar üzərində müxtəlif növ protezləmələr aparılır.
Düzgün diaqnostika və planlaşdırılma aparmaqla və implantoloji müalicəni komanda şəklində (cərrah, parodontoloq, ortoped, diş texniki) həyata keçirtməklə müvəffəqiyyətli nəticələr əldə etmək olar.
İmplant etdirməzdən əvvəl və etdirdikdən sonra bu məsləhətlərə diqqət
yetirməlisiniz.Vəzifəsini yerinə yetirə bilməyən və ya əskik dişlərin yerinə bu
dişlərin funksiyalarını yerinə yetirmək üçün düzədilən, çənə sümüyünə
yerləşdirilən süni diş kökü implant bir müalicə üsuludur.
İmplantatların hansı növləri var?
İmplantın bir neçə tipləri vardır. Ancaq indiki vaxtda ən məşhur olan implantatat
tipi “vint” şəkilli olanlardır.
Indiki dövrdə insanları ən çox narahat edən suallardan biri də budur.
“Hər xəstəyə implantat tətbiq oluna bilərmi? “
Əvvəlcə xəstənin ağız boşluğunun gigiyena səviyyəsi və yumşaq toxumaların
vəziyyəti öyrənilir. Sonra implantat yerləşdirilməsi nəzərdə tutulan bölgə ətraflı
öyrənilir və orada mövcud olan sümüyün eni və hündürlüyü ölçülür. Əlavə olaraq mövcud olan sümüyün keyfiyyəti də öyrənilir və bunların hamısının əsasında qərar verilir. İmplantat ağızda qaldığı müddətdə diş ətlərinin tamamilə sağlam olması lazımdır. Yaşa gəldikcə isə, xəstənin ümumi sağlamlıq vəziyyəti yaxşı olduğu
müddətdə implantatlarla müalicəyə yaş limiti yoxdur, ancaq sümük inkişafı
tamamlanmamış çox gənc xəstələrə implantatların tətbiq olunması məsləhət görülmür.
İnsanlara implantat yerləşdirilərkən ağrı hissi olur mu?
Əməliyyat əsnasında xəstə seçiminə görə ümumi ya da yerli anesteziya istifadə
oluna bilər. Ümumiyyətlə implantatın yerləşdirildiyi axşam ağrı hissi sadə ağrı
kəsicilər ilə sakitləşdirilə bilir. Bir çox xəstələr bu ağrının normal diş çəkilişindən
sonra əmələ gələn ağrıdan fərqli olmadığını deyir. Müalicənin problemsiz
tamamlandığı proseslərdə implantatların varlığını belə hiss etməyəcək qədər rahat
olarsınız. İmplantatlar yerləşdirildikdən dərhal sonra protez qoyula bilərmi?
Xeyr. İmplantatların sümük ilə tam birləşməsini (osteointeqrasiya) təmin etmək
üçün ilk 3-6 ay sağalma dövrü boyunca implantat üstünə düşən yüklərin ən
minimal olması vacibdir. Ancaq həkiminiz bu sağalma müddətində sizi uyğun bir
keçici protezlə təmin edəcək . Bəs insanlar nəyə görə implantat etməyi düşünməlidirlər?
İmplantın üstünlükləri bunlardır.
– Alt və üst çənədə dişlərinin itirmiş insanlar implantatdan istifadə edə bilər.
– Tək bir dişini itirmiş xəstələr üçün: Bu xəstələr tək bir dişin bərpası üçün ən az
iki qonşu dişlərinin yonulması məcburiyyətində qalırlar. İtirilmiş dişin yerinə tək
bir implantatın yerləşdirilməsi, qonşu dişləri qurtardığı kimi, daha estetik və
funksional nəticələrin ortaya çıxmasına da səbəb olur.
– Yüksək qiymət
– Çox diqqətli və zaman ayrılaraq edilməsi lazım olan ağız təmizliyi əməliyyatı
İmplantatlarla müalicənin üstünlükləri nələrdir?
– Daha yaxşı çeynəyə bilmək.
– Hər istədiyini yeyə bilmək.

– Daha yaxşı estetik görünüş.
– Özünə inamın geri qayıtması ilə daha xoşbəxt və uğurlu bir ictimai həyat.
– Hər şeyi yeyə bilmək iqtidarında olması ilə bağlı daha sağlam və balanslı
qidalanma.

İmplantat yerləşdirmək qərarına gələrkən bir sıra vacib amillərin nəzərə alınması
vacibdir. İlk növbədə xəstə praktik sağlam olmalı, xəstənin yarasının sağalma
potensiyalı ən azı kafi olmalıdır. Məsələn, xəstədə nəzarət edilməyən şəkər
xəstəliyi varsa, o zaman yarı sağalma prosesi çox ləng gedir. Bu xəstəlik
implantatların yerləşdirilməsi tamamlandıqdan sonra inkişaf etsə belə,
implantatların gələcəkdəki vəziyyətlərinə mənfi təsir göstərə bilər. Ayrıca xəstə
müayinə edilməli, xəstəyə uyğun implantat və implantat yerləşdirmə üsulu diqqətlə
seçilməlidir. İmplantatların diş həkimi tərəfindən düzgün yerləşdirilməsinin və
sonrakı müşahidələrin vacib olmasına baxmayaraq, xəstənin özündən də çöx şey
asılıdır. Xəstə implantatlara yaxşı qulluq edə bilməzsə fəsadlar ortaya çıxa bilər.
Əlavə olaraq, siqaret çəkən və çoxlu spirtli içki qəbul edən xəstələrdə
implantatların müvəffəqiyyət dərəcəsi aşağıdır.

Implant qiymətləri və növləri ilə buradan tanış ola bilərsiniz

Did you like this? Share it!

0 comments on “Implant nədir?

Leave Comment