fbpx

Kariyes nədir?

Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır
və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır.
Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində
meydana gəlir. Dişlərin üzərində bakteriyalar karbohidratlı (şəkərli) qidaları
parçalayır və asiti əmələ gətirir. Bu asitlər diş emalını məhv edir. Bundan əlavə,
artıq siqaret və qara çayda dişlərin rəngini dəyişir. Kariyesin səbəblərindən biri də
ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir
edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir
xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız
şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə ağız boşluğundakı kariyesli dişlərin
miqdarı az bir müddətdən sonra artmış olur.

Kariyesdən qorunma:
1) Dişlərə müntəzəm qulluq
2) Vaxtı-vaxtında müayinə üçün diş həkiminin yanına getmək

3) Sağlam qidalanma, şəkərli qidalardan uzaq durmaq( xüsusən də uşaqlar)
4) Flüorlu diş məcunlarından istifadə. Flüor dişlərin möhkəm və sağlam
olmasını normada saxlayır.
5) Kariyesə ağız içindəki bakteriyalar səbəb olur. Bakteriyaları zərərsiz hala
gətirmək üçün ev şəraitində bəzi bitki çaylarından ( adaçayı, darçın və s.)
istifadə etmək lazımdır.
Kariyes çox təhlükəli bir xəstəlikdir. O yalnız dişin dağılmasına və sonda
itirilməsinə səbəb olmur. Kariyesli diş daim infeksiya mənbəyi olub son nəticədə
ağız-udlağın, həmçinin daxili orqanların da iltihab xəstəliklərinə səbəb ola bilər.
Bundan başqa, kariyesin özünün digər daha ağır fəsadları ilə də qorxuludur. Çünki
iltihab prosesi diş köküətrafı sümük toxumasına keçərək periodontit xəstəliyinə,
çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən osteomielit xəstəliyinə
səbəb ola bilər. Buna görə də kariesli dişləri (müvəqqəti və ya daimi olmasından
asılı olmayaraq) mütləq müalicə etmək lazımdır.
Kariyesin müalicəsi:

Diş həkimi kariyes diaqnozu qoyduqdan sonra, diş təmizlənir. Çürümənin
böyüklüyüne görə bu proses diş kökünə qədər gedər ve təbii ki, o zamanda
sinirləri öldürmək lazım olur. Diş diblərindəki mikrob ocaqlarını təmizləmək üçün
immun sistemi hərəkətə keçirmək lazımdır. Ev şəraitində bunu çörəkotu çayı ilə
etmək mümkündür.

Did you like this? Share it!

0 comments on “Kariyes nədir?

Leave Comment